Naften turşuları

neftin oksigenli komponentlərin 0,5-3%-ini təşkil edən və çoxu birəsaslı karbon turşuları. Özlü, rəngsiz mayelərdir. Suda həl olmur. Neft məhsularında və s. üzvi həledicilərdə olur.
Naftalan
Naftenlər
OBASTAN VİKİ
Naften turşuları
Naften turşuları — naften karbohidrogenlərinin karboksilli mono və politsiklik törəmələri. Ümumi düsturu CnH2n-1 COOH. Yağlı maye, bəzən bərk maddə olub, üzvi həlledicilərdə yaxşı, suda isə pis həll olur və ya həll olmur. Naften turşuları əsasən naften neftlərində və neft yataqlarının natrium-hidrokarbonat tipli sularında rast gəlinir. Bitumların tərkibində rast gələn yüksək molekulyar naften turşuları asfaltogen-naften turşuları adlanır. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Naften neftləri
Naften neftləri — naften karbohidrogenlərinin üstünlük təşkil etdiyi neftlər. Bu neftlərdə metan karbohidrogenlərinin miqdarı aşağı fraksiyalarda maksimuma çatır, yüksək fraksiyalarda kəskin azalır, aromatik karbohidrogenlər isə əksinə, çoxalır. Naften neftləri tərkibində bərk parafin və neytral qətranların miqdarı cüzü olur, asfaltenlər isə çox vaxt olmur. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Aminosalisil turşuları
Aminosalisil turşuları (A.t.) amino-o-hidroksibenzoy turşuları == Xassələri == Suda pis həll olurlar, 4- A.t. etanolda həll olur. Sonuncu duru turşuların iştirakında asan dekarboksilləşir, qələvi məhlulu iştirakında qızdırılmaya davamlıdır. == Alınması == Sənayedə salisil turşusunun Hg(NO3)2 iştirakında 700C-də nitrolaşması və alınmış nitrosalisil turşusunun NaHS-lə 1300C-də 0,3MPa təzyiqdə reduksiyasından 5- A.t. ilə 3- A.t.-nin 4:1 nisbətində qarışığı alınar. Qarışığı ayırmaq çətin olduğuna görə, təmiz 5- A.t.-ni almaq üçün azobenzolsalisil turşunun katalitik reduksiyası (çıxım 80%) və ya qələvi mühitdə NaHSO3-lə reduksiyası (çıxım 92%) təklif olunmuşdur. 4- Alınmış Na-duzu təkrar çökdürmə ilə təmizlənir və dihidrat şəklində kristallaşdırmaqla ayrılır (ər. tem-ru 1220C, suda asan, etanolda isə çətin həll olur). Tətbiqi: 5- A.t.-trifenilmetan, kükürdlü və azoboyaların istehsalında aralıq məhsuludur. 4- A.t.
Fosfon turşuları
Fosfon turşuları - tərkibində fosfor birləşmələrini saxlayan turşulara verilən addır. Ümumi formul: R-PO(OH)2.
Hidroksam turşuları
Hidroksam turşuları — RC(O)N(OH)R' funksional qrup saxlayan üzvi birləşmələr sinfi. Burada R və R' karbohidrogen radikalıdır. Faktiki olaraq onlar azot atomunda bir hidrogen atomu hidroksil qrupu ilə əvəz olunmuş amidlərdir (RC(O)NHR'). Əksər hallarda metallarla xelatəmələgətirici agent kimi istifadə olunurlar. Tautomerliyə malikdirlər, dönər olaraq hidroksiimin formaya keçə bilərlər. Hidroksam turşusu ilk dəfə Vilhelm Lossen tərəfindən 1869-cu ildə laboratoriya şəraitində alınmışdır. Etiloksalat və hidroksilaminin qarşılıqlı təsiri nəticəsində oksalohidroksamturşusu alınmışdır. Bir qədər sonra hidroksilaminin benzoy turşusunun xloranhidridi ilə reaksiyası nəticəsində hidroksam turşusunun mono-, di- və tribenzol törəmələrinin qarışığı alınmışdır. Hidroksam turşusunu adətən karbon turşularının xloranhidridləri və ya mürəkkəb efirlərdən alırlar. Məsələn, benzhidroksam turşusunun alınması aşağıdakı reaksiya tənliyinə uyğun olaraq gedir.
Karbon turşuları
Karbon turşuları — tərkibində karboksil qrupu olan üzvi turşulardır. Onlar (C(O)OH) quruluşuna malikdirlər. Bu turşuların ümumi formulu R-C(O)OH kimidir. Bu turşularda COOH miqdarına göre əsaslığı müəyyən olunur. Bundan başqa R radikalından asılı olaraq doymuşluğu təyin olunur. == Tarixi == Bəşəriyyətin ilk tanıdığı turşu yəqin ki, sirkə turşusu olmuşdur. O, məlumdur ki, çaxırın fermentativ qıcqırmasından alınır. XVIII əsrin axırlarında artıq limon, alma, süd, oksalat və s. turşular məlum idi. Ancaq onların quruluşunu 100 ildən sonra tapmışlar.
Nuklein turşuları
Nuklein turşuları — monomerləri nukleotidlər olan biopolimerlər. Nuklein turşularının iki əsas qrupu vardır: dezoksiribonuklein turşusu (DNT) və ribonuklein turşusu (RNT). Canlı orqanizmlərin genetik proseslərində vacib rol oynayırlar. Nuklein turşularını 1868-ci ildə İsveçrədə F. Mişer qızılbalığın hüceyrə nüvələrində aşkar etmişdir.
Oksipropion turşuları
Oksipropion turşuları - birəsaslı ikiatomlu oksiturşuların nümayəndələridi. α-oksipropion turşusu CH3-CHOH-COOH və β-oksipropion turşusu CH2OH-CH2-COOH adı ilə iki oksipropion turşusu məlumdur. Bunlardan birincisinə etiliden-süd turşusu, ikincisinə isə etilen-süd turşusu da deyilir. Sadəcə süd turşusu dedikdə birinci nəzərdə tutulur. == α-oksipropion turşusu == α-oksipropion turşusu və ya süd turşusunun bir asimmetrik karbon atomu olduğu üçün onun sağ (+) və sol (-) süd turşuları kimi iki optik-fəal izomeri və bir qeyri-fəal rasemik (r) forması vardır. Bu üç süd turşusundan sağ süd turşusu və rasemik süd turşusu təbiətdə rast gəlinir. Sol süd turşusunu isə rasemik süd turşusundan alırlar. Bu üç süd turşusundan praktik cəhətdən ən əhəmiyyətlisi rasemik süd turşusudur. === Rasemik süd turşusu === Rasemik süd turşusunu süd şəkərini, üzüm şəkərini və başqa şəkər məhlullarını xüsusi bakteriyalar vasitəsilə qıcqırtmaqla alırlar. Bu zaman qıcqırma mayesina müəyyən qədər təbaşir tozu da əlavə olunmalıdır, çünki süd turşusu bakteriyalara zəhər kimi təsir edir və onları tələf edir.
Qumin turşuları
Qumin turşusu - tomnookrashennyh qələvi həll və turşusu həlledilməz humik maddələrin qrup. Humik turşu - ölü bitkilərin parçalanma və onların sonrakı TN meydana gətirdiyi təbii üzvi yüksək molekulyar birləşmələr kompleks qarışıq .. humification (mikroorqanizmlərin, su və oksigen cəlb humus daxil üzvi qalıqların biokimyəvi çevrilməsi parçalanma məhsulları). quru dövlət - eritilmez amorf qəhvəyi toz məhsul. Humik turşuları torf, kömür, torpaqların üzvi maddələr bir hissəsi və (məhsulu ağac emalı) zəif sulu qələvi həlləri ilə müalicə ilə hasil bəzi lignosulfonate var. Humik turşuları, metal korroziya sürətləndirmək su (iy, rəng) orqanoleptik xassələri təsir su orqanizmlərin inkişafına mənfi təsir, suyun kimyəvi tərkibi təsir (aşağı oksigen content, ion tarazlığını mərhələsi təsir). (. Latin humus dən - Ground) humin maddələr ilk torf Alman alim Franz Achard ilə 1786-ci ildə təcrid edilib. humin turşuları əsasında hazırlıq bir sıra sonra mənbələri torpaq, sapropel, linyit və lignosulfonate xidmət. Rusiyada, torf, qonur kömür, sapropel və liqnin sulfonat edilən humik hazırlıq, indiki XX əsrin ikinci yarısından əvvəlindən təsərrüfatı heyvanları və bitkilərin qidalandırmaq üçün istifadə olunur.
Öd turşuları
Öd turşuları — insan və heyvanların ödündə xolesterinlə bərabər, quruluşca ona yaxın olan bəzi turşu. == Növləri == Onlardan xol turşusu C23H36(OH)2-COOH, dezoksixol turşusu C23H34(OH2)-COOH, antropodezoksixol turşusu C23H37(OH)2 COOH və lotoxol turşusu C23H38(OH)-COOH insan ödündə olur. İnsan ödündə olan turşular == Xassələri == Öd turşusu rəngsiz bərk maddə olub, öddə sərbəst halda və ya aminturşularla birləşmə halında təsadüf olunur. Çox güman ki, onlar xolesterinin bədəndə oksidləşməsi məhsullarıdır. Onlar yağları emulsiya halına keçirərək, bədəndə yağların parçalanmasına və mənimsəməsinə yardım edir. Öd turşularını reduksiya etdikdə onlardan xolanturşusu C23H39COOH almaq olur. Öd turşularını xolan turşusunun törəməsi kimi qəbul etmək olar. Xolan turşusuna təbiətdə rast gəlinmir. == Mənbə == M.Mövsümzadə "Üzvi kimya", Maarif – 1966.
вдвоём жри́ца зануди́ть ни ста́ть ни се́сть осчастли́вить подлеца́ попи́сывать поуходи́ть каре́тный мю́зик-холл отнима́ние парча́ подёнщик таво́тить терраси́ровать форма́тный biseptate buttermilk cinema discouragingly disquiet hypothesis protervity V-agent жалеть